Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











“İcazə vərəqələri”nin bölgüsü ilə bağlı yeni qaydalara həsr olunan təqdimat

June 09, 2021 / Xəbərlər

 

WhatsApp Image 2021-06-09 at 17.38.40(1).jpeg

 

WhatsApp Image 2021-06-09 at 17.38.40(3).jpeg

 

İyun ayının 1-dən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyi arasında imzalanan Memoranduma əsasən Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə vərəqələri”nin daşıyıcılar arasında bölüşdürülməsi prosesi ABADA tərəfindən həyata keçirilir.

İyun ayının 9-da Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) “İcazə vərəqələri”nin bölgüsü ilə bağlı yeni qaydalara həsr olunan təqdimatı keçirilib. Tədbirdə “İcazə blankları”nın bölgüsünə ümumi nəzarəti həyata keçirəcək Xüsusi Komissiyanın üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti və 70-ə yaxın sahibkar iştirak edib.

Tədbiri giriş sözü ilə açan ABADA-nın baş katibi Orxan Əfəndiyev “İcazə vərəqələri”nin bölgüsünün yeni mexanizminin tətbiqinə yaranan zərurətdən bəhs edib.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Azər Əliyev “Avtomobil nəqliyyatı haqqında” Qanunda Avtomobil nəqliyyatı sahəsində dövlət idarəetməsinin və siyasətinin məqsədləri və Nazirliyin bu sahədə dövlət siyasətini həyata keçirərkən qarşıya qoyduğu əsas hədəflərdən danışıb. Birgə Əməkdaşlıq Memorandumunun əhəmiyyətini xatırladan Azər Əliyev, “İcazə vərəqələri”nin bölgüsünün daşıyıcıların təmsil olunduğu Assosiasiya tərəfindən həyata keçiriləcəyininin əhəmiyyətini vurğulayıb.  

Tədbirdə “İcazə vərəqələri”nin bölgüsünün yeni mexanizmini, düsturunun təsvirini və əsas meyarlarını əks etdirən təqdimat sahibkarların diqqətinə çatdırılıb.  

Tədbirdə Xüsusi Komissiyanın iş prinsipləri, bölgü ilə bağlı cari prosesin təsviri, daşıyıcıların təqdim etməli olduğu sənədlərin siyahısı, yeni mexanizmin daşıyıcılara faydası, xarici ölkələrdə problemlə qarşılaşan sahibkarlara və sürücülərə ABADA tərəfindən hüquqi və təşkilati dəstək, təlim-tədrislə bağlı yeni layihələr barədə fikir mübadiləsi aparılıb.  

Tədbirin gedişatında daşıyıcıların “İcazə vərəqələri”nin bölgüsü zamanı yeni mexanizmin tətbiqi ilə bağlı fikirləri dinlənilib, sahibkarları maraqlandıran suallar Xüsusi Komissiya tərəfindən cavablandırılıb.



 

Carnet No. Volets Type Issue Date Expiry Date